Benzia bu hərəkəti ilə nə demək istəyir? – MARAQLI YANAŞMA

10 Aprel 20:40 Qarabağ 2 582
Benzia bu hərəkəti ilə nə demək istəyir? – MARAQLI YANAŞMA

“Qarabağ”ın əlcəzairli legioneri Yassin Benzianın qol sevincini görmüsünüz yəqin.

29 yaşlı yarımmüdafiəçi hər dəfə rəqib qapısına yol tapandan sonra sol əli ilə sol qolunu göstərib nəyəsə işarə verir.

Benzia əksəriyyət üçün maraqlı olan bu jestin mənasını Sportinfo.az-a açıqlayıb:

“NBA yarışlarını sevirəm. Qolu bu şəkildə qeyd etməyim NBA ilə bağlıdır.

Basketbolda pərəstiş etdiyim oyunçu Ceyms Lebrondur. O, 3 xallıq atış edəndə sevincini bu formada qeyd edir. Mən də həmçinin.

Bunun mənası soyuqqanlı olmaq deməkdir. Yəni ki, damarlarımda axan buzdur, qan yox. Həmin işarə də qorxmazlıq əlamətidir”.

Yassin Benzia cari mövsümdə “Qarabağ”ın heyətində meydana çıxdığı 43 oyunda 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti