500 min avroluq hücumçu “Qarabağ”dan getmək istəyir? - FOTO

10 Aprel 00:30 Qarabağ 5 928
500 min avroluq hücumçu “Qarabağ”dan getmək istəyir? - FOTO

Albaniya mətbuatı "Qarabağ"ın albaniyalı hücumçusu Redon Cicanın "Tirana"ya qayıtmaq ehtimalı ilə bağlı yazıb.

Sportinfo.az xəbər verir ki, “albeu.com” saytı Cicanın instaqram səhifəsində paylaşdığı fotodan irəli çıxaraq, onun sabiq komandasına dönüşünü qiymətləndirib:

"Cica və “Tirana” - hər iki tərəf üçün iz qoyan sevgi hekayəsidir”. Hücumçu 55 oyunda 32 qol vurub və 7 məhsuldar ötürmə edib.

Son illər heç kim bu klubda daha çox qol vurmayıb. Cica ötən il “Qarabağ”a 500 min avroya satılsa da, oradakı çıxışı yaxşı alınmır.

Avrokuboklarda təsnifat mərhələsində 5 qol vursa da, sonra zədə səbəbindən 3 ay yaşıl meydanlardan kənarda qaldı. Qayıtdıqdan sonra isə şans görmür.

Onun bu ilin yanvarında “Tirana”ya qayıtması ilə bağlı söhbətlər gedirdi, lakin bu baş vermədi. Bu arada, “Tirana” azarkeşlərini yenidən arzu və ümidləndirən

Cicadır. Hücumçu intaqram səhifəsində keçmiş klubunun formasında çəkdirdiyi fotonu hekayə yerləşdirib.

Bunun sadəcə bir nostalji an, yoxsa klub rəhbərliyinə açıq bir siqnal olduğunu görəcəyik. Bəlkə də, elə klub rəhbərliyinə siqnaldır".

25 yaşlı hücumçu “Laçi” və “Tirana”da oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti