“Bayer”lə sonra qarşılaşsaydıq, daha yaxşı olardı”

29 Fevral 2024 09:20 Qarabağ 822
“Bayer”lə sonra qarşılaşsaydıq, daha yaxşı olardı”

“Bayer”lə yenidən oynamaq çox xoşdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

Almaniya klubunun sabiq qolkiperi Avropa Liqasının 1/8 final mərhələsində yenidən leverkuzenlilərə rəqib olmalarını dəyərləndirib:

“Bu, sonrakı mərhələlərdə baş versəydi, daha yaxşı olardı.

Fikrimcə, indi işimiz nisbətən asan olacaq. Bəzi üstünlüklər var.

Onlarla iki dəfə qarşılaşmışıq, tanış komandadır. “Bayer”ə qarşı necə oynaya biləcəyimizi, onların güclü və zəif tərəflərini bilirik.

Mənfi cəhətləri də var. İstənilən rəqibə qarşı oynaya bilərsən və oynamalısan”.

Andrey Lunyov “Qarabağ”a mövsümün əvvəlində məhz “Bayer”dən keçib. Bu komandalar arasında oyunlar martın 7-də və 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!