
“Qarabağ” Bakıda “Braqa”ya məğlub olsa da, ümumi nəticəyə görə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmağı bacardı.
“Köhlən atlar” fevralın 15-də Portuqaliyada 4:2 hesabı ilə qələbə qazanmaqla möhtəşəm nəticəyə imza atmışdı.
Lakin Respublika stadionunda məğlub olmaqla 120 dəqiqəni tarixin yaddaşına həkk etdirməyi bacardı.
Oyun o dərəcədə drammatik alındı ki, 2:3 hesablı məğluibiyyət 4:2 hesablı qələbəni kölgədə qoydu. İllər keçsə də, 22 fevral axşamı unudulmayacaq.
Həmin gün ölkənin tanınmış sosial media fenomeni Nuqzar Kvirtiya da stadionda olub.
Vaxtilə Premyer Liqamızda AZAL-ın gürcüstanlı sabiq vinger 120 dəqiqənin ən maraqlı anlarını lentə alıb ki, yarı rus, yarı azərbaycanca hazırladığı 17 dəqiqəlik videonu təkrar-təkrar izləməyə dəyər.
Nuqzar Nəriman Axundzadənin qələbə qolundan sonra göz yaşlarını saxlaya bilməyib.
HƏBİB / SPORTİNFO.AZ