COP29

"Bildiyimə görə, Qurban Qurbanov onu möhkəm danlayıb" - VİDEO

27 Fevral 17:40 Qarabağ 8 907
"Bildiyimə görə, Qurban Qurbanov onu möhkəm danlayıb" - VİDEO

Futbol eksperti Emin Abbasov maraqlı faktın üstünü açıb.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla Şahruddin Məhəmmədəliyev arasında olan söhbəti ictimailəşdirib.

Məlum olub ki, təcrübəli mütəxəssis dağıstanlı qapıçını möhkəm danlayıb.

Bu hadisə isə 2022-ci ildə, Konfrans Liqasının qrupp mərhələsində «Omoniya» ilə Bakıda keçirilən matçdan (2:2) sonra yaşanıb.

Belə ki, «Şah» son dəqiqələrdə meydanın mərkəzindən qol buraxıb:

«Qurbanov mətbuat konfransında Şahruddini müdafiə etsə də, bildyimə görə, komandadaxili iclasda onu xeyli tənbeh edib.

Çünki baş məşqçi qarşılaşmadan öncə Kipr klubunu analiz eləyib, həmin futbolçunun uzaq məsafələrdən qapıya zərbə endirməyə üstünlük verməsi haqda Məhəmmədəliyevi məlumatlandırıb.

Ona xəbərdarlıq edib ki, qapıdan çox qabağa çıxmasın. Şahruddin isə deyiləni etməyib, qabağa çıxıb və qapısında qol görüb».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!