Qurban Qurbanova sual verildi, gözləri doldu – TƏSİRLİ ANLARIN VİDEOsu

23 Fevral 2024 00:40 Qarabağ 3 259
Qurban Qurbanova sual verildi, gözləri  doldu – TƏSİRLİ ANLARIN VİDEOsu

“Ürəyimdə çox şey var.

Bu insanların sevincinə çox sevinirəm, hər birinə təşəkkür edirəm.

Bu gün futbolçular böyük xarakter göstərdilər. Hiss edirdim ki, bu gün meydanda döyüşməliyik”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Braqa”ya qalib gəldikləri oyundan sonra deyib.

«CBC Sport»un əməkdaşı Aidə Əliyevanın suallarını cavablandırarkən, onun gözləri dolub. Müsahibə zamanı bir neçə saniyəlik pauza yaranıb.

Çalışdırıcı özünü ələ alandan sonra sözlərinə davam edib.

“Başda cənab Prezident olmaqla qalib xalqıma təşəkkür edirəm. Futbolçularıma sonsuz təşəkkür edirəm ki, bu gün əsl azərbaycanlı kimi döyüşdülər” - Qurbanov əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!