Azərbaycan yığmasının yeni baş məşqçisi bu tarixdə AÇIQLANACAQ

10 Fevral 2024 20:00 Qarabağ 2 638
Azərbaycan yığmasının yeni baş məşqçisi bu tarixdə AÇIQLANACAQ

Azərbaycan yığmasının yeni baş məşqçisinin kimliyinə martda aydınlıq gələcək.

Sportinfo.az bu haqda AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza ötürülən informasiyaya görə, Canni De Byazinin əvəzləyicisi gələn ayın son ongünlüyündə keçiriləcək hesabat-seçki konfransından sonra bəlli olacaq.

Həmin tarixdə qurumda növbəti prezident seçkiləri baş tutacaq.

Millinin baş məşqçi postuna namizədləri müəyyənləşdirmək məqsədilə yaradılan İşçi Qrupunun (İQ) fəaliyyətində yaranan durğunluq sırf bununla əlaqədardır. İQ dekabrdan bu tərəfə cəmi iki dəfə onlayn şəkildə toplanıb.

2008-ci ildən AFFA-nın prezidenti vəzifəsini tutan Rövnəq Abdullayevin qarşıdakı seçkilərə qatılmayacağı gözlənilir. Bu məsələ artıq dəqiqləşib də deyə bilərik.

Düzdür, SOCAR-ın sabiq şefi beşinci müddətə federasiyanın başında dayanmağı arzulayır, ancaq müvafiq dairələrdən müsbət reaksiya görə bilməyib.

AFFA-nın hazırkı idarəciləri qeyri-müəyyənlik içindədir. Yeni prezidentin kim olacağı onlara da qaranlıq qaldığından, baş məşqçi məsələsində tələsik addım atmaqdan ehtiyatlanırlar.

Birdən başqası gələr və onların seçimini bəyənməz deyə...

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu