COP29

“Qarabağ”ı Xankəndində kim izləmək istəyir? - Hər klubdan 1 nəfər

8 Dekabr 2023 16:00 Qarabağ 964
“Qarabağ”ı Xankəndində kim izləmək istəyir? - Hər klubdan 1 nəfər

Peşəkar Futbol Liqası (PFL) klublara müraciət edib.

Ölkə çempionatının təşkilatçısı olan qurum Premyer Liqa, I Liqa və II Liqada yarışan bütün iştirakçıların nümayəndələrini Xankəndinə aparamğa hazırdır.

Bunun üçün hər kluba 1 yer ayrılıb. Ora yollanmaq könüllüdür. "Qarabağ"ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyini daha əvvəl xəbər vermişdik.

Bu matçı azarkeşlər də izləyəcək. PFL futbolsevərlərin adıçəkilən şəhərə aparılması üçün təşkilati işləri görməyə başlayıb.

Qarabağa səfər oyun günü, səhər saatlarında başlayacaq. «Koroğlu» metrostansiyasının yaxınlığından yola çıxacaq qafilədə onlarla avtobus yer alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"