
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Molde"yə qarşı səfər matçında (2:2) zədələnən "Qarabağ"ın legioneri Kevin Medina ilkin müayinədən keçib.
Sportinfo.az xəbər verir ki, MRT olunan kolumbiyalı müdafiəçinin durumunun ciddiliyi müəyyənləşib.
Ona sağ bud tendom vətərinin qopması diaqnozu qoyulub. Cənubi amerikalı əməliyyat masasına qalxacaq.
Əməliyyat olunduqdan sonra ilkin qoyulan diaqnoza əsasən bərpa müddəti 3 aya yaxın görünür. Əməliyyatın yaxın günlərdə vaxtı və yeri bilinəcək.
İlkin qoyulan dianoza əsasən onu söyləmək olar ki, Kevin Medina “Qarabağ”ın Avropa kubokunun (Avroliqa və ya Konfrans Liqası) fevralda keçiriləcək pley-off mərhələsinin oyunlarını buraxacaq.