COP29

“Qarabağ”da iki futbolçunun başı üzərində “qara buludlar” dolaşır

30 Noyabr 2023 19:40 Qarabağ 1 224
“Qarabağ”da iki futbolçunun başı üzərində “qara buludlar” dolaşır

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.

Azərbaycan çempionunun qrup mərhələsinin 5-ci turundakı rəqibi Norveç “Molde”sidir.

Baş məşqçi Qurban Qurbanovu narahat edən əsas məqamlardan biri komandanın vacib fiqurlarından biri Julio Romaonun axşamkı qarşılaşmada meydana çıxmayacağıdır.

Braziliyalı yarımmüdafiəçi “Bayer”lə Bakıdakı dueldə qrup mərhələsində üçüncü “sarı”nı almaqla cəzalı duruma düşüb.

“Molde” ilə oyunda iki nəfər diqqətli olmalıdır. Söhbət Kevin Medina ilə Marko Yankoviçdən gedir. Hər iki futbolçu sarı vərəqə limitindədir. Norveçdə alınacaq növbəti vərəqə “Hekken”lə Bakıdakı matçda iştirakı əngəlləyəcək.

“Qarabağ” “Molde”ni məğlub etsə, “Hekken”lə görüşün yekun nəticəsi ikinci plana keçəcək. Mümkün heç-heçə və ya məğlubiyyət təqdirində İsveç təmsilçisi ilə oyunun əhəmiyyəti böyük olacaq.

“Molde” – “Qarabağ” qarşılaşması bu gecə Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!