Tanınmış "Fənərbağça"lı "Qarabağ"dan nə istəyir?

28 May 2023 20:20 Qarabağ 3 894
Tanınmış "Fənərbağça"lı "Qarabağ"dan nə istəyir?

"Burada hər şeyi qazanmaq istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın qış transferi Yassin Benziaya aiddir.

Cari ilin əvvəlində "köhlən atlılar"la 3,5 illik müqavilə imzalayan əlcəzairli yarımmüdafiəçi hədəflərindən danışıb:

"Qarabağ" ölkənin ən yaxşı komandasıdır. Avrokuboklarda irəliləmək niyyətindəyik. Biz böyük klubuq və hər şeyi qazanmaq istəyirik".

Bura Fransadan - "Dijon"dan gəlmiş sabiq "Fənərbağça"lı Ağdam təmsilçisinə keçməmişdən əvvəl komanda haqqında məlumatlarının olduğunu vurğulayıb:

"Gözəl oyun sərgiləyirik. Baş məşqçimizin fəlsəfəsini bilirəm. Daha əvvəl Abdullah Zubirlə də danışmışdım.

O, mənə klubun yaxşı olduğunu demişdi. Çempionat matçlarını izlədim və özüm də gördüm ki, burada vəziyyət kifayət qədər yaxşıdır".

Digər Xəbərlər
Xəbər Lenti