
"Qarabağ"dan Macarıstan "Ferentsvaroş"una transfer olunan Kvabena Ovusu sosial şəbəkə hesabında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı qanalı forvard komanda ilə matçlara çıxmaq üçün səbrsizləndiyini bildirib:
“Son həftələrdə “Ferentsvaroş” haqda çox şey öyrənmək şansım oldu. Belə böyük ənənəyə malik çox klub tanımıram və burada olmaqdan qürur duyuram.
Heyətimiz güclüdür. Budapeştə böyük ambisiyalarla gəlmişəm. Komandanın çempionatda və Avropa Liqasında uğur qazanmasına kömək etmək istəyirəm".”.