Gəncədə təsirli anlar yaşanacaq – Qurban Qurbanovun nəcib addımına görə

3 Fevral 2023 20:00 Qarabağ 1 869
Gəncədə təsirli anlar yaşanacaq – Qurban Qurbanovun nəcib addımına görə

Premyer Liqanın 21-ci turunun “Kəpəz” – “Qarabağ” qarşılaşmasından əvvəl meydan sahibləri kiçik tədbir planlaşdırıb.

Oyundan əvvəl Qurban Qurbanov ön planda olacaq.

Belə ki, ölkənin ən bir nömrəli futbol məşqçisinə təşəkkürünü çatdırmaq istəyən, ona gül dəstəsi təqdim etmək niyyətində olan uşaqlar var.

Həmin uşaqlar 2020-ci ildəki ikinci Qarabağ müharibəsi zamanı düşmənin Gəncəyə atdığı raket nəticəsində valideynlərini itirən uşaqlardır.

Belə ki, o dövrdə televiziya verilişlərinin birində hadisə yerindən kadrlar göstərilib. Uşaqlardan biri əlində yanmış oyuncağını tutub və pərişan halda kameraya baxıb.

Qurban Qurbanov o görünütünü izləyəndə ürəyi dağa dönüb. Və dərhal həmin cocuqlara uşaq oyuncaqlarından ibarət sovqat göndərib. Baş məşqçinin bu addımı uşaqları və yaxınlarının sevincinə səbəb olub.

İndi isə azyaşlılar Qurbanova başqa formada təşəkkür etmək istəyir.

Fevralın 4-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qarabağ” matçı saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”