"Kadi milliyə kömək edə bilməz, bizə daha keyfiyyətli futbolçular lazımdır"

6 Dekabr 2022 02:00 Qarabağ 1 882
"Kadi milliyə kömək edə bilməz, bizə daha keyfiyyətli futbolçular lazımdır"

"Məncə, Kadi Borges Polşa millisinə kömək edə bilməz.

Bizim yığma üçün daha keyfiyyətli futbolçular lazımdır.

İndiki məqamda Polşaya güc qatacağını düşünmürəm. Bəlkə də, gələcəkdə kömək etdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Pavel Kapsa deyib.

Vaxtı ilə Azərbaycanda oynamış 8 polşalıdan biri olan Pavel "Qarabağ"ın futbolçusu, Polşa Futbol Federasiyasının milliləşdirəcəyi Kadi Borqes haqda danışıb. 40 yaşlı kiper Kadi barədə məlumatlı olduğunu bildirib:

"Kadinin babasının Polşadan olduğunu bilirəm. Onun yığmamıza kömək edə bilməyəcəyini deyirəm.

Amma ola bilər ki, millimizin baş məşqçisi üçün müxtəlikf seçimlərindən, variantlarından biri olsun. Hər halda, seçim nə qədər çox olarsa, bir o qədər yaxşıdır.

Polşa millisində Bundesliqa, A seriyasında çıxış edən futbolçular var. Kadi üçün Polşa millisinə düşmək çətin olar.

Ancaq niyə də olmasın? Gələcəkdə Polşa millisi üçün seçimlərdən biri olar. Kadini "Qarabağ"ın "Lex"lə oyunlarda görmüşəm.

Həmin oyunlarda özünü yaxşı tərəfdən göstərə bilmişdi. Necə olacağını zaman göstərəcək".

Polşanın U-21 yığmasının sabiq qolkiperi, “Simurq” və “Xəzər Lənkəran”ın qapısını qoruyub. O, hazırda Avstriyada aşağı liqa klublarından olan "Bişofşofen"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti