"Buradək necə gəlmişiksə, bundan sonra..." - “Qarabağ”dan ayrılacağı deyilən legioner

24 Noyabr 2022 19:40 Qarabağ 4 275
"Buradək necə gəlmişiksə, bundan sonra..." - “Qarabağ”dan ayrılacağı deyilən legioner

Yığma komandaların oyunları ilə bağlı Premyer Liqada yaranmış fasilənin “Qarabağ”ın millidən kənarda qalan futbolçuları üçün göydəndüşmə olduğunu deyə bilərik.

İyuldan bu yana sıx qrafikdə oynayan, fasilə üzünə həsrət qalan əcnəbilər təxminən 1 həftəlik müddətdə az da olsa yorğunluğu canından atmağı bacardı.

Lakin qapağın o biri tərəfi də var.

Maraqlıdır, “Qarabağ”ın “mühərriki xodladığı” vaxtda fasilənin yaranması komandanın növbəti görüşlərinə mənfi təsir etməyəcək ki? Yığmadan qayıdan futbolçuların yorğunluğu rəqiblərin xeyrinə işləyə bilərmi?

Komandaya yayda cəlb olunan braziliyalı yarımmüdafiəçi Julio Romao saytımıza açıqlamasında mövzu ilə bağlı düşüncələrini dilə gətirib:

“Qlobal problemlə üzləşəcəyimizi düşünmürəm. Oyunlar olmasa da, düşərgədə qalan futbolçular məşqlərini plan üzrə davam etdirirdi.

Millilərin heyətində olan futbolçular isə həm məşqlərdə, həm də oyunlarda iştirak etməklə fiziki durumlarını qorumağı bacarıb.

Məşqçilər heyətinin tərtib etdiyi intensiv məşqlərlə formamızı qoruduğumuzu düşünürəm. Bu vaxta qədər necə gəlmişiksə, bundan sonra həmin ritm üzrə davam edəcəyimizə inanıram”.

“Qarabağ” Premyer Liqada növbəti görüşünü noyabrın 28-də “Azərsun Arena”da “Zirə”yə qarşı keçirəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!