Medina komanda yoldaşını məzəli şəkildə təbrik etdi - FOTOLAR

25 Sentyabr 2022 20:00 Qarabağ 1 560
Medina komanda yoldaşını məzəli şəkildə təbrik etdi - FOTOLAR

“Qarabağ”ın Leandro Andradesi sentyabrın 24-də 21 yaşını tamamladı.

Ağdam təmsilçisinin gələcəyinə böyük ümidlər bəslənən yarımmüdafiəçisini komanda yoldaşları şablon mesajlarla təbrik etsə də, Kevin Medina digərlərindən fərqlənib.

Komandanın ən şən və zarafatcıl futbolçularından olan kolumbiyalı müdafiəçi “instagram” hesabında Andrade ilə müxtəlif fotolarını paylaşaraq məzəli sözlər yazıb.

“Səni təbrik edirəm, mənim saf Leandrom. Allah ömrünü bərəkətli etsin, qardaş”.

“Həmişə bu oğlanın qayğısına qalıram. Oyanmaq vaxtıdır, əfsanə. Axı bu gün sənin ad günündür”.

“Saflıq hər zaman balaca maestronu izləyir. Ad günün mübarək!”

Kabo-Verde millisinə də cəlb olunan Leandro Andrade bu ilin əvvəlindən “Qarabağ”ın formasını geyinir.

O, yanvardan bu yana “köhlən atlar”ın heyətində bütün yarışlarda meydana çıxdığı 26 oyunda 5 qol vurub, 13 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti