“Qarabağ”a çoxlu pul qazandıran: "Mən nə Messi, nə Neymar, nə də Ronalduyam"

23 Sentyabr 2022 22:40 Qarabağ 1 734
“Qarabağ”a çoxlu pul qazandıran: "Mən nə Messi, nə Neymar, nə də Ronalduyam"

"Mən nə Messi, nə Neymar, nə də Ronalduyam. Normal futbolçuyam".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın sabiq legioneri İbrahima Vadji oyun üslubu barədə danışarkən deyib.

Ötən ay "köhlən atlar"ı 1,6 milyon avro qarşılığında "Sent Etyen"ə dəyişən seneqallı hücumçu elə də texnikalı oyunçu olmadığını bildirib:

"Əsas işim son nöqtəni qoymaq, müdafiənin arxasına qaçmaq, vuruşmaq və ikili mübarizələrdən qalib ayrılmaqdır. Mən meydanda döyüşürəm".

Liqa 1 təmsilçisinə keçidindən söz açan 27 yaşlı forvard yay fasiləsində başqa təkliflərinin də olduğunu söyləyib:

"3-4 klub mənimlə maraqlanırdı. Aralarında aşağı dəstə təmsilçiləri də var idi.

Amma "Sent Etyen" mənimlə maraqlanmağa başlayanda buraya gəlmək istədiyimi bildiridm. Çünki Fransada həmyerlilərim çoxdur. Bu komanda ölkəmizdə də çox populyardır".

İbrahima Vadji "Sent Etyen"lə 3 illik müqavilə imzalayıb. Afrikalı "Sent Etyen"də 25 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb:

"Qızım bu tarixdə dünyaya gəlib. "Qarabağ"da eyni nömrə ilə oynayırdım".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı