"Qarabağ"da iki hücumçu… Buna da imza atdılar

8 Avqust 2022 13:40 Qarabağ 1 570
"Qarabağ"da iki hücumçu… Buna da imza atdılar

Musa Qurbanlı və Ramil Şeydayev “Qarabağ”ın formasında Azərbaycan Premyer Liqasında yubiley qollarına imza atıblar.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki hücumçu Ağdam təmsilçisinin heyətində qollarının sayını 10-a çatdırıb.

Bu, çempionatın I turunda gerçəkləşib. “Səbail” üzərində 3:1 hesablı qələbə zamanı hesabı açan Qurbanlı 10-cu qolunu 21-ci oyununda vurub.

Dubl müəllifi olan Şeydayev isə “Qarabağ”dakı 41-ci çempionat görüşündə bunu bacarıb.

O, Azərbaycan çempionatında “Qarabağ” forması ilə ən azı 10 qol vuran 40-cı futbolçu olub. “Səbail”lə görüşədək 38 oyunçu bunu bacarmışdı.

Premyer Liqadakı ümumi qol sayında Şeydayev 16-ya, Qurbanlı 11-ə çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?