Fədəkar "Şah"dan nə xəbər var?

6 İyul 2022 23:00 Qarabağ 1 771
Fədəkar "Şah"dan nə xəbər var?

"Qarabağ" dünən Çempionlar Liqasında mübarizəyə start verdi.

Birinci mərhələdə Polşa çempionu "Lex"ə rəqib olan komandamız ilk görüşü səfərdə keçirdi.

Minimal hesablı (0-1) məğlubiyyətlə başa çatan qarşılaşmanın sonları komandamızın qolkiperi Şahruddin Məhəmmədəliyev üçün daha çətin keçdi.

Belə ki, epizodların birində ayağından zədə alan qapıçımız yerdə qaldı. Ona kimi isə baş məşqçi Qurban Qurbanov bütün əvəzetmə limitindən istifadə etdiyi üçün Şahruddin meydandan çıxsa komanda azlıqda qalacaqdı.

Amma o, fədəkarlıq göstərərək hakimlərin müdaxiləsindən sonra axsaya-axsaya olsa da matça davam etdi.

Futbolçunun son durumu ilə maraqlananda məlum oldu ki, hələ bu ana dəqiq nəsə demək olmaz. Şahruddin sabah həkim müayinəsindən keçəcək. Yalnız ondan sonra onun durumu barədə qəti nəsə demək mümkün olacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?