“Qarabağ”dan Polşada yaşayan azərbaycanlılara MESAJ - AÇIQLAMA

30 İyun 2022 19:40 Qarabağ 992
“Qarabağ”dan Polşada yaşayan azərbaycanlılara MESAJ - AÇIQLAMA

"Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Lex”in əsas üstünlüklərindən biri azarkeşləridir.

Polşada ad çıxaran poznanlı fanatlar 90 dəqiqə boyunca sevimli komandalarına dəstək verməklə yanaşı, rəqibi psixoloji təzyiq altında saxlamağı bacarır.

Belədə oyun günü tribunalarda müəyyən sayda azərbaycanlı tərəfdarlar da olmalıdır ki, “köhlən atlar” özlərini tək hiss etməsin. Polşada xeyli sayda soydaşımızın yaşadığını nəzərə alsaq, bunun mümkün görünəcəyini deyə bilərik.

Di gəl, əksəriyyət “Qarabağ”dan bilet gözləyir. Daha dəqiq desək, klubun pulsuz bilet paylayacağına ümid edir.

Görəsən, ağdamlılar bununla bağlı nə düşünür? Azarkeşləri stadiona toplamaq üçün hansı plan nəzərdə tutulub?

Klubun mətbuat katibi Gündüz Abbaszadə Sportinfo.az-a açıqlamasında məsələ ilə bağlı danışıb:

“Qonaq azarkeşlər üçün biletlər satışa çıxarılacaq. Bu barədə sosial şəbəkə hesablarımız vasitəsi ilə məlumat verəcəyik.

Oyuna baxmaq, “Qarabağ”a dəstək vermək istəyən həmyerlilərimiz bilet alıb stadiona daxil ola bilər. Stadiona gələcək azarkeşlərə əlimizdən gələn köməyi əsirgəməyəcəyik".

Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lex” – “Qarabağ” qarşılaşması iyulun 5-də Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti