Qurban Qurbanov: "Məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur"

18 May 14:20 Qarabağ 363
Qurban Qurbanov: "Məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur"

Bizim bütün uğurlarımızda elə insanlar var ki, çoxları onları görmür. Bütün sıravi işçilərimizə təşəkkür edirəm.

Eyni zamanda rəhbərliyə minnətdaram ki, bütün istəklərimizi yerinə yetirdilər və uğurlarımızın təməlini qoydular".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis bildirib ki, futbolçularına güvənərək, onlara hər zaman döyüşçülər kimi müraciət edib:

"Çox istəyirəm ki, daha yaxşı döyüşçü, vətənpərvər olasınız. Heç vaxt heç bir bölgəmizi ayırmaq istəmirəm, amma bircə Qarabağın yeri başqadır.

Bu komandada döyüşçü olmayan şəxs yer ala bilməz. Biz uduza bilərik, çempion olmaya bilərik, amma döyüşmək mütləqdir".

Qurbanov Qarabağın dəyər olduğunu söyləyib:

"Dövlət başçısının bu komandaya diqqəti tam fərqli olub. Ona görə də məsuliyyətsiz və istəksiz olmağa haqqımız yoxdur. Mən sizdən döyüşməyi tələb edəcəm".

Digər Xəbərlər
Xəbər Lenti