Antalya “ağ örpəy”ə büründü, “Qarabağ”ın oyunu ləğv edildi

25 Yanvar 2022 14:30 Qarabağ 400
Antalya “ağ örpəy”ə büründü, “Qarabağ”ın oyunu ləğv edildi

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın “Bohemians”la görüşü ləğv edilib.

Sportinfo.az xəbər verir ki, bunu Çexiya klubunun mətbuat xidməti açıqlayıb.

Matçın ləğvinə güclü qar səbəb olub. Meydança qar altında qaldığından görüşün keçirilməsi mümkün olmayıb.

Görüş saat 12:00-da başlamalı idi. Çexiya təmsilçisi stadiona vaxtında gəlməyib. Komanda üzvləri oteldə qalaraq matçın taleyinin necə olacağını gözləyiblər.

“Qarabağ” saat 18:00-da daha bir matç keçirməlidir. Rəqib Krakov “Visla”sı olmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti