"Qarabağ" dəyişdi – “Tatran”ı "Bohemians" ilə

24 Yanvar 2022 17:20 Qarabağ 1 046
"Qarabağ" dəyişdi – “Tatran”ı "Bohemians" ilə

"Qarabağ"ın Türkiyənin Antalya şəhərindəki yoxlama oyunlarının proqramında dəyişiklik edilib.

Sportinfo.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də Slovakiya "Tatran"ı ilə matç baş tutmayacaq.

Buna səbəb rəqibin Antalya toplanışına getməməsidir. "Köhlən atlar" buna görə Çexiyadan "Bohemians" ilə üz-üzə gələcək.

Həmin gün digər qarşılaşma isə Polşanın "Visla" (Krakov) klubuna qarşı olacaq. Oyunlar müvafiq olaraq Bakı vaxtı ilə saat 12:00 və 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"