
"Qarabağ"ın maraq dairəsinə daxil olan yeni hücumçulardan birinin kimliyi bilinib.
Adı Ağdam klubunun transfer siyahısında yer alan legioner Júnior Brumadodur.
22 yaşlı braziliyalı müqavilə ilə "Mitdyulland"a məxsusdur. Danimarka klubu onu 2020-ci ildə ölkənin başqa bir təmsilçisinə - "Silkeborq"a icarəyə verib.
Vətənində "Bahia"nın yetirməsi olan "sambaçı" 2019-cu ildən Danimarkada çıxış edir.
Brumado ön xətlə yanaşı, yarımmüdafiənin cinahlarında oynamağı bacarır.
SPORTİNFO.AZ