Qazaxıstan klubu azərbaycanlı qapıçıya heç 100 min də vermir…

26 Dekabr 2021 19:00 Qarabağ 2 008
Qazaxıstan klubu azərbaycanlı qapıçıya heç 100 min də vermir…

"Qarabağ"ın qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

"Aktobe" onunla maraqlanır.

Premyer Liqa təmsilçisinin 27 yaşlı qolkiperə təklif göndərdiyi və Balayevin də Qazaxıstana qayıtmaq istədiyi bildirilib.

Ancaq "Aktobe"nin digər namizədləri də nəzərdən keçirdiyi qeyd olunub. Çünki bu keçidə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsi mane olur.

Emil 2019-cu ildə də Qazaxıstanda - "Tobol"da çıxış edib. Keçirdiyi əməliyyata görə bir müddət yaşıl meydanlardan kənarda qalacaq kiperin gedişinə Qurban Qurbanov «yox» demir.

Axı o, ötən mövsümdən bəri burada özünü göstərə bilməyib. Şahruddinin kölgəsində qalan Balayev nadir hallarda meydana çıxıb, o da Premyer Liqada.

"Aktobe" də Emilə "1 nömrə"ni verəcəyini vəd etmir. Digər tərəfdən, təklif olunan maliyyə şərtləri də "Qarabağ"la müqayisədə bir qədər aşağıdır - illik heç 100 min dolları keçmir.

Qazaxıstanlar sözləşməsi gələn ilin yayında bitəcək qapıçını icarəyə götürmək, yaxud onu Ağdam təmsilçisindən birdəfəlik almaq varitantlarını da yaxına buraxmır.

Onlar istəyir ki, Emil "Qarabağ"la bu kimi məsələləri özü həll eləsin.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti