“Buna hazır idik” – “Qarabağ”ın “6 nömrə”si söylədi

1 Dekabr 2021 16:40 Qarabağ 1 280
“Buna hazır idik” – “Qarabağ”ın “6 nömrə”si söylədi

“Oyunun gərgin keçəcəyini bilirdik. Belə deyim, buna hazır idik”.

Bu sözləri qolsuz bərabərliklə başa çatan “Qəbələ” ilə matç haqda Sportinfo.az-a açıqlama verən ağdamlıların yarımmüdafiəçisi Patrik Andrade deyib.

Kabo Verde millisinin üzvü itirilən 2 xala baxmayaraq, rəqib haqda ağızdolusu danışıb:

“Matçda qol vurulmasa da, azarkeşlərin çox maraqlı oyuna şahidlik etdiyini deyə bilərəm. Çünki çox sayda qol epizodları oldu. Hətta özüm də fərqlənməyə yaxn idim.

“Qəbələ” çox yaxşı təşkilatlanmış komandadır. Bunu çempionatdakı nəticələri ilə göstərirlər. Qol imkanlarını dəyərləndirə bilsəydik, yekun vəziyyət başqa cür ola bilərdi”.

Patrik Andrade 2020-21 mövsümündə ağdamlıların heyətində Premyer Liqada və Konfrans Liqasında meydana çıxdığı 20 oyunda 1 qol vurub. Kabo Verde millisinin heyətində 6 qarşılaşmanın iştirakçısı olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti