"Qarabağ"ı udmağa hazırıq"

24 Noyabr 2021 19:50 Qarabağ 355
"Qarabağ"ı udmağa hazırıq"

“Sabah bizim növbəti avrokubok oyunumuz olacaq".

Sportinfo.az xəbər verir ki, bunu “Omoniya”nın futbolçusu Nikolas Panayiotu deyib.

21 yaşlı dayaq yarımmüdafiəçisi Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Kipr millisinin debütantı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçla bağlı düşüncələrini bölüşüb:

“Meydana qələbə üçün çıxacağıq. Son matçda qazandığımız qələbənin ardını gətirmək istəyirik. Komandamız buna hazırdır".

O, avrokuboklarda çıxış etməyin özü üçün böyük önəm kəsb etdiyini vurğulayıb:

"Deyə bilərəm ki, avrokubok oyunları mənim üçün həmişə vacib olub. Uşaqlıqdan bu, mənim üçün arzuladığım oyunlar olub".

Digər Xəbərlər
Xəbər Lenti