“Bura daha yaxındır” - FOTO

21 Oktyabr 2021 20:30 Qarabağ 665
“Bura daha yaxındır” - FOTO

"Bizim üçün önəmli oyundur, hazır olduğumuzu düşünürəm”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın legioneri Abdullah Zubirə məxsusdur.

Fransalı yarımmüdafiəçi Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la keçiriləcək matçdan danışan 30 yaşlı hücumameyilli oyunçu bildirib:

“Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik.

Hər oyunda effektiv olmağa çalışıram. Yenə də belə olacaq. Çalışacam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin”.

Zubir təsnifat mərhələsində meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını sözlərinə əlavə edib: “Amma burada oyunumuzdan daha çox məmnunuq. Çünki azarkeşlər stadiona daha yaxındır”.

Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"