"Qarabağ"ın hansı futbolçuları "Kayrat"la matça çımayacaq?

19 Oktyabr 2021 16:20 Qarabağ 2 164
"Qarabağ"ın hansı futbolçuları "Kayrat"la matça çımayacaq?

"Qarabağ"ın 3 futbolçusu Qazaxıstan "Kayrat"ına qarşı Konfrans Liqasının qrup mərhələsinin III tur oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, əməliyyat olunduğu üçün ili başa vuran ispaniyalı yarımmüdafiəçi Xayme Romero, zədələrini sağaldaraq fərdi məşqlər edən Bədavi Hüseynov və Elvin Cəfərquliyevin də meydana çıxmayacağı dəqiqdir.

Cəfərquliyevin növbəti ay, Hüseynovun isə dekabrda sıraya dönəcəyi gözlənilir.

Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO