“Omoniya”nın çex müdafiəçisi: "Qarabağ"la oyun çox vacibdir"

18 Sentyabr 2021 22:40 Qarabağ 1 130
“Omoniya”nın çex müdafiəçisi: "Qarabağ"la oyun çox vacibdir"

"Qol vurmaq və qələbə qazanmaq üçün şanslarımız oldu".

Sportinfo.az xəbər verir ki, bunu Kipr "Omoniya"sının futbolçusu Yan Letsyaks Konfrans Liqasının qrup mərhələsinin I turunda Qazaxıstanda "Kayrat"la qolsuz he-heçə etdikləri oyun barədə danışarkən deyib.

31 yaşlı çexiyalı müdafiəçi bildirib ki, bir xalı da yaxşı nəticə hesab etmək olar: "Evə bir xalla qayıtdıq. Qol vurmaq üçün fürsətlər əldə etsək də, son nöqtəni qoya bilmədik.

İsveçrə "Bazel"i qrupumuzun favoritidir. Digər üç komanda da pley-offa vəsiqə uğrunda mübarizə aparacaq. "Qarabağ"a qarşı növbəti matçımız çox vacibdir".

Sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə "Bazel"lə qolsuz heç-heçəyə razılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”