"Qarabağ"dan şok xəbər gəldi - AÇIQLAMA

17 Sentyabr 2021 16:00 Qarabağ 3 079
"Qarabağ"dan şok xəbər gəldi - AÇIQLAMA

Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində dünən "Bazel"i qəbul edən "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero ilk hissənin son saniyələrində ikili mübarizə zamanı zədələnərək yerdə qaldı.

Oyuna davam edə bilməyən ispaniyalı yarımmüdafiəçini Qurban Qurbanov fasilədə Marko Veşoviçlə əvəzlədi.

Futbolçunun son durumu ilə bağlı məlumat almaq üçün komandanın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq.

Klub rəsmisi Sportinfo.az-a açıqlamasında bunları dedi: "İlkin müayinədən sonra zədəsinin ciddi olmaq ehtimalı var idi. Bu gün MRT-yə aparıldı. Bundan sonra dəqiqləşdi ki, diz çapraz bağlarından ciddi xəsarət alıb. Bu isə o deməkdir ki, əməliyyat qaçılmazdır. Belə əməliyyatdan sonra adətən futbolçular 6 ay müddətinə futboldan uzaq qalırlar. Buna bənzər zədəni yaxın keçmişdə digər futbolçumuz Bədavi Hüseynov da almışdı".

Abbaszadə ispaniyalının harada əməliyyat olunacağı barədə hələ dəqiq qərar verilmədiyini sözlərinə əlavə edib: "Əməliyyat Bakıda olmayacaq. Müxtəlif variantlara baxırıq. Çox qısa müddətdə qərar veriləcək".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu