Sabiq "Qəbələ"li "Qarabağ" - "Bazel" görüşündən nələr danışdı?

16 Sentyabr 2021 16:20 Qarabağ 632
Sabiq "Qəbələ"li "Qarabağ" - "Bazel" görüşündən nələr danışdı?

"Azərbaycandakı həyatım çox maraqlı bir təcrübə idi. Kiçik Qəbələ şəhərində yaşayırdım, orada da oynayırdım. Bir ərzaq mağazası və beş ulduzlu otel var idi. Bu oteldə bütün əcnəbi oyunçular yaşayırdı. Ətrafdakı hər yer məşq meydançası idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin sabiq futbolçusu Daniel Subotiç "Bazonline" nəşrinə müsahibəsində deyib.

O, Azərbaycandan özü ilə nə götürdüyü ilə bağlı verilən suala belə cavab verib: "Kiçik şeylərdən razı qala bilərəm. Üstəlik, Azərbaycanda ilk dəfə zəif cəhətlərim, bədə quruluşum üzərində çox çalışdım. Hələ də bunlardan əl çəkməmişəm. Dil isə öyrənməmişəm".

Hazırda klubsuz olan 32 yaşlı oyunçuya "Azərbaycanda futbol nə qədər yaxşıdır" sualı da verilib. Bu suala cavabında isveçrəli futbolçu "Bazel"in Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyun haqda da qısa danışıb: "Bazel" üçün müəyyən maneələrin olması mümkündür. Qalan hər şey məni təəccübləndirə bilər. Azərbaycandakı futbolçular texniki cəhətdən çox yaxşıdır. Hətta "Bazel"in heyətindəki hər bir oyunçudan fərdi olaraq daha yaxşı olanları da var".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"