"Qarabağ"ın əfsanəsi məşqçi kimi “ev”inə döndü

5 Avqust 2021 19:00 Qarabağ 1 208
"Qarabağ"ın əfsanəsi məşqçi kimi “ev”inə döndü

"Qarabağ"da yeni təyinat gerçəkləşib.

Sportinfo.az-ın məlumatına görə, klub sabiq futbolçusu Səttar Əliyevi U-19 komandasına baş məşqçi təyin edib.

O, "Qarabağ"ın ən pis günlərində futbolçu kimi komandaya xidmət edib. Veteran cinah müdafiəçisi 20 illik futbolçu karyerasının hamısını Ağdam təmsilçisində keçirib.

Əslən Ağdamdan olan sabiq futbolçu zamanında yaxşı təkliflər alsa da, cavabı birmənalı olaraq "mən "Qarabağ"ı tərk edə bilmərəm" olub.

Əliyev futbolçu karyerasını bitirəndən sonra məşqçi kimi müxtəlif illərdə "Neftçi", "Sabah" kimi komandalarda çalışıb.

O, bundan sonra özünə doğma olan "Qarabağ" üçün çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti