"Qarabağ"ı udsaq, xoşbəxt olacağıq"

28 İyul 2021 23:40 Qarabağ 560
"Qarabağ"ı udsaq, xoşbəxt olacağıq"

"İlk oyunda yaxşı nəticə qazandıq. Həmin matçdan sonra həyəcanı hiss edirik.

Bu, əyləncəli və xoş hissdir. Konfrans Liqasında mübarizəyə davam etsək, xoşbəxt olacağıq".

Sportinfo.az xəbər verir ki, bu fikirəri "Aşdod"un baş məşqçisi Ran Ben Şimon evdə "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis keyfiyyətli rəqibə qarşı oynayacaqlarını bildirib: "Çox ağıllı olmalı və üzərimizə düşəni etməliyik. Qarşımızda yaxşı komanda var".

Şimon ilk matçdan sonra Ağdam təmsilçisi haqqında çox şeylər öyrəndiyini sözlərinə əlavə edib:

"Azərbaycandakı görüşü unutmalıyıq. Bu qarşılaşma fərqli olacaq. Yaxşı və ağıllı oynamaq istəyirik".

İyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı oyunda hesab açılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"