"Qarabağ"ın yol planı

27 İyul 2021 16:40 Qarabağ 1 083
"Qarabağ"ın yol planı

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda İsraildə "Aşdod"la qarşılaşacaq "Qarabağ" səfərə bu gün yollanacaq.

Sportinfo.az xəbər verir ki, komanda saat 18:00-da çarter reysi ilə İsrailə uçacaq.

Zədəli müdafiəçilər - Bədavi Hüseynovla Elvin Cəfərquliyev Aşdoda aparılmayacaq. İlk qarşılaşmada qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Maksim Medvedev isə kollektivlə birlikdə olacaq.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyun öncəsi mətbuat konfransı sabah Bakı vaxtı ilə saat 18:30-a nəzərdə tutulub.

İyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk oyun qolsuz heç-heçə ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti