“Qarabağ” rəsmisi: “Sosial şəbəkələri fəal izləyirəm və görürəm ki…”

27 İyul 2021 20:00 Qarabağ 1 105
“Qarabağ” rəsmisi: “Sosial şəbəkələri fəal izləyirəm və görürəm ki…”

“Azarkeşlərimiz heç nədən narahat olmasın, komandanı daha da gücləndirmək üçün bütün addımlar atılır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Ağdam təmsilçisi iyulun 29-da Konfrans Liqasının II turunun "Aşdod"la cavab matçına çıxacaq.

Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçəyə imza atan “köhlən atlılar” İsraildə baş tutacaq görüşə qələbə qazanmaq istəyi ilə yollanır.

G.Abbaszadə komandanın fanatların dəstəyini hiss etdiyini bildirib: “Mən onlarda “Aşdod”u keçə bilməyəcəyimizə dair fikrin formalaşmasına inanmıram.

Hər halda sosail şəbəkələri aktif şəkildə izləyirəm və görürəm ki, komandamızın uğurlu çıxışına inam böyükdür. Biz də ümid edirik ki, İsrail səfərindən yaxşı nəticə ilə geri dönəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!