“Qarabağ”ın yeni transferi: “Böyük ailəyə gəldiyimi hiss edirəm".

22 İyun 2021 16:00 Qarabağ 1 566
“Qarabağ”ın yeni transferi: “Böyük ailəyə gəldiyimi hiss edirəm".

“Futbolçular, məşqçi heyəti, klubun digər əməkdaşları və ofis işçiləri ilk gündən mənə isti yanaşdılar.

Böyük ailəyə gəldiyimi hiss edirəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın yeni transferi Kadi Yuri Borqes Malinovski klubun rəsmi saytına açıqlamasında deyib.

Ağdam təmsilçisi ilə 2+1 illik müqavilə imzalayan 25 yaşlı braziliyalı yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:

"Bir həftədir ki, məşqlərə başladıq. İlk günlərdəki təəssüratlarıma görə deməliyəm ki, məşqlərimiz çox maraqlı və dinamikdir.

Hazırlığa yeni başlamışıq, hər şeydən razıyam. Futbolçular məşqdə çox işgüzar və motivasiyalıdır".

Digər Xəbərlər
Xəbər Lenti