“QARABAĞ”: “Transferi gündəmdə olan futbolçuların sayı 1 deyil, 2 deyil”

18 İyun 2021 11:40 Qarabağ 2 212
“QARABAĞ”: “Transferi gündəmdə olan futbolçuların sayı 1 deyil, 2 deyil”

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə yeni transfer çalışmaları barədə son vəziyyəti açıqlayıb.

Sportinfo.az-a danışan klub rəsmisi braziliyalı yarımmüdafiəçi Kadi Malinovskidən sonra başqa legionerlərin də alınmasının gündəmdə olduğunu bildirib.

Sitat: “Transfer çalışmalarımız davam edir. Konkret say açıqlaya bilmərəm. Amma onu deyə bilərəm ki, transferi gündəmdə olan futbolçuların sayı 1 deyil, 2 deyil.

Bəzi mövqelər üzrə axtarışları sürətləndirmişik. Sözün düzü, hazırda transfer məsələləri bir qədər çətindir. Çünki biz bu işlərə çox həssaslıqla yanaşırıq.

Gətirəcəyimiz futbolçular “Qarabağ”ın kriteriyalarına uyğun olmalıdır. Həm oyun üslubuna, həm də şəxsi keyfiyyətlərinə görə”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!