Qurban Qurbanovu nişan verdi: "Ən böyük pay sahibi odur"

21 Aprel 2021 19:20 Qarabağ 869
Qurban Qurbanovu nişan verdi: "Ən böyük pay sahibi odur"

"Bəzən digər klublardan maraq olur. Amma "Qarabağ"da xoşbəxtəm.

Bu komanda ilə çox şey qazanmışam. Açığı, bu kluba keçəndə ən böyük turnirlərdə oynayacağımızı təsəvvür etmirdim".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov "md-gazeta.ru" saytına müsahibəsində Ağdam klubunda qazandığı uğurlar barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi bildirib ki, bu nailiyyətlərdə ən böyük pay sahibi baş məşqçi Qurban Qurbanovdur:

"Öz fəlsəfəsini qura bildi. Hər il qarşımıza maksimum hədəflər qoyulur. Bir yerdə dayanmırıq. Ən əsası isə böyümək və daha da inkişaf etmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti