"Səbail” - “Qarabağ” matçında qorxulu anlar - VİDEO

16 Aprel 2021 20:10 Qarabağ 1 034
"Səbail” - “Qarabağ” matçında qorxulu anlar - VİDEO

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Səbail” – “Qarabağ” matçında qorxulu anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın 26-cı dəqiqəsində top uğrunda mübarizə zamanı meydan sahiblərinin futbolçusu Amil Yunanov ayaqla “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin başından vurub.

Bu zaman qapıçı bir müddət yerdə qalıb və oyunu davam etdirə bilməyib. Nəticədə gənc qapıçı Emil Balayevlə əvəzlənib.

Qarşılaşmanın baş hakimi Əliyar Ağayev isə Amil Yunanova sarı vərəqə verməklə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!