“Qarabağ”ın müdafiəçisi “Sumqayıt”dan niyə çəkinir?

7 Aprel 13:40 Qarabağ 920
“Qarabağ”ın müdafiəçisi “Sumqayıt”dan niyə çəkinir?

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov klubun rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Premyer Liqanın 21-ci turunda “Keşlə” ilə keçirdikləri oyunu (1:1) şərh edib, növbəti turda qarşılaşacaqları “Sumqayıt”la oyuna ciddi hazırlaşdıqlarını deyib:

“Keşlə” ilə oyunumuz olduqca gərgin mübarizə şəraitində keçdi. Oyuna yaxşı köklənmişdik. Qələbə qazana bilməsək də, sona qədər mübarizə apardıq və bir xal qazandıq.

Fikrimcə, oyunumuz yaxşı alındı. “Keşlə” öz evində yaxşı mübarizə aparan komandadır. Növbəti matçımız evdə “Sumqayıt”la olacaq. Bu oyunumuz da çətin keçəcək.

Görüşə olduqca ciddi hazırlaşırıq. Önəmli oyunçularımızdan zədəli olanlar var. Buna baxmayaraq, qarşılaşmaya yaxşı hazırlaşıb, müsbət nəticə qazanmaq istəyirik”.

Aprelin 11-i “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyunu saat 19:15-də başlayacaq.

Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü
21 Aprel 22:00 32-ci dəfə çempion