"Transfer etmək istəyirik - indi olmasa da, yayda ola bilər"

22 Yanvar 2021 12:40 Qarabağ 617
"Transfer etmək istəyirik - indi olmasa da, yayda ola bilər"

"Passiv görünə bilərik, amma oyunçu tapmaq asan deyil".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis bildirib ki, qışda transfer etmək çox çətindir: "Bu gün heyətimizdə problemlər var. Biz özümüz də transfer etmək istəyirik. İndi olmasa da, yayda ola bilər".

Təcrübəli mütəxəssis Bakıdakı təlim-məşq toplanışını da dəyərləndirib: "Bakıda toplanış keçmək hazırlığa ciddi təsir etmədi. Çünki vaxtımız az idi. Toplanışdan razı qaldım".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM