"Qarabağ"a lazım deyil – UĞURSUZ "TRANSFER BOMBA"sı

14 Yanvar 2021 16:00 Qarabağ 2 890
"Qarabağ"a lazım deyil – UĞURSUZ "TRANSFER BOMBA"sı

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun transferə cıxarılmasını istədiyi ikinci futbolçunun kimliyi məlum olub.

O, Xayme Romerodan sonra Uroş Matiçin də buradan ayrılmasına tərəfdardır.

Təcrübəli mütəxəssisi məyus edən hal serbiyalı yarımmüdafiəçinin ötən 6 ay ərzində komandaya adaptasiya olmaması, ümumi oyun tərzinə uyğunlaşmamasıdır.

Yayda «Kopenhagen»dən dəvət olunan 30 yaşlı legioner ötən zaman kəsiyində qeyri-sabit performansı ilə yadda qalıb.

Avropa Liqasının qrup mərhələsində «Sivasspor»a vurduğu qoldan başqa heç nə ilə diqqət çəkməyən balkanlı futbolçunun maliyyə şərtləri kifayət qədər yüksəkdir və bu da baş məşqçidə əlavə narahatlıq yaradır.

Qurbanov menecerlərdən Matiçə yeni klub axtarmalarını istəyib. Qarşıdakı günlərdə belə bir yenilik olmasa, ayrılıq qərarının verilməsi yaya saxlanılacaq.

«Qarabağ»la 2+1 illik sözləşməsi olan serbiyalının özünün də Azərbaycanı tərk etmək istədiyi bildirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"