“Qarabağ” və “Xəzər Lənkəran”ı uduzdurdu, fahişələrlə birlikdə tutuldu - FOTOLAR

30 May 2020 12:02 Qalmaqal 1 560
“Qarabağ” və “Xəzər Lənkəran”ı uduzdurdu, fahişələrlə birlikdə tutuldu - FOTOLAR

Sloveniyalı FİFA hakimi Slvako Vinçiç polis əməliyyatı zamanı saxlanılıb.

Sportinfo.az xəbər verir ki, hadisə Bosniya və Herseqovinadakı əməliyyat zamanı baş verib.

Referi fahişəxanada 9 qadın və 26 kişi ilə birlikdə yaxalanıb. Saxlanılanlar fahişəliklə yanaşı, narkotikdən istifadə, silah saxlamaqda da ittiham olunur.

Dindirildikdən sonra Vinçiç buraxılıb. Bosniya polisinin reydi fahişəlik və sutenyorluqda ittiham edilən Tiyana Ayfon ləqəbi ilə tanınan Tiyana Maksimoviçin işi ilə bağlı olub.

41 yaşlı Vinçiç cari mövsüm Çempionlar Liqasının qrup mərhələsinin üç matçını idarə edib. O, Avropa Liqasının 2013/14 mövsümündə təsnifat mərhələsində “Makkabi” Hayfa – “Xəzər Lənkəran” (2:0), 2015/16 mövsümündə qrupda “Anderlext” - “Qarabağ” (2:1), həmçinin Azərbaycan U-19 yığmasının AVRO-2014-də Bosniya və Herseqovina ilə İrlandiyaya qarşı matçlarında fit çalıb – müvafiq olaraq 0:0 və 0:2.

Digər Xəbərlər
Xəbər Lenti