Polis "Xəzər Lənkəran"ın sahibinin ofisində axtarış aparır

15 Mart 2020 13:40 Qalmaqal 733
Polis "Xəzər Lənkəran"ın sahibinin ofisində axtarış aparır

"Palmali Holdinq"in sahibi, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə həbs olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" və "Milliyət" qəzetləri məlumat yayıb.

İddia olunub ki, İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində azərbaycanlı iş adamı səhər saatlarında İstanbul Maliyyə Cinayətlərinə qarşı Mübarizə şöbəsi tərəfindən saxlanılıb. Mənsimovun ünvanında axtarış aparılıb.

İddiaya görə, Mübariz Mənsimov FETÖ ilə əməkdaşlıqla ittiham olunur.

M.Mənsimovun köməkçisi Fidan Quliyeva APA-nın yerli bürosuna bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır. Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?