Mübariz Mənsimova Türkiyədə cinayət işi açıldı - Çıxışı qadağan olundu

10 Fevral 2020 10:52 Qalmaqal 2 175
Mübariz Mənsimova Türkiyədə cinayət işi açıldı - Çıxışı qadağan olundu

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb.

Sportinfo.az xəbər verir ki, onun Türkiyəni tərk etməsinə qadağa qoyulub.

İş adamı FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur. Bu barədə Mənsimovun özü “facebook“ səhifəsindən bildirib.

O, barəsində irəli sürülən ittihamları yalan adlandırır və bildirir ki, yüksək məhkəməyə müraciət edib. Hərçənd cinayət işinin və ittihamın təfərrüatları barədə məlumat verməyib.

M.Mənsimovun müraciətindən belə anlaşılır ki, ona qarşı ifadə verənlər arasında “Palmali” şirkətinin keçmiş əməkdaşları, o cümlədən, Azərbaycan vətəndaşları da var.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!