"Rədd ol!" - ƏFSANƏVİ FUTBOLÇU

26 Yanvar 2020 17:55 Qalmaqal 1 315
"Rədd ol!" - ƏFSANƏVİ FUTBOLÇU

İngiltərə millisinin keçmiş üzvü Qari Lineker "Barselona"nın La Liqanın 21-ci turunda səfərdə "Valensiya"ya 0:2 hesabı ilə uduzmasına sərt reaksiya verib.

Sportinfo.az xəbər verir ki, hazırda Britaniya telekanallarının birində aparıcılıq edən veteran futbolçu sabiq komandasının məğlubiyyətində yeni baş məşqçi Kike Setyeni günahlandırıb.

O, şəxsi "twitter" səhifəsində ispan mütəxəssis haqda yazıb: "Setyen, rədd ol!".

Bu, Setyenin "Barsa"nın sükanı arxasında ikinci oyunu və ilk məğlubiyyəti olub. Kataloniyalılar 43 xalla turnir cədvəlinə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu