Millimizdə növbəti siqaret qalmaqalı - İKİ FUTBOLÇU QOVULDU

20 Yanvar 2020 14:09 Qalmaqal 1 588
Millimizdə növbəti siqaret qalmaqalı - İKİ FUTBOLÇU QOVULDU

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, yığmanın futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə komandanın heyətindən kənarlaşdırılıblar. AFFA-nın rəsmi saytı hər iki qolkiperin siqaret çəkdikləri üçün millinin heyətindən çıxarıldığını yazıb.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti