Qurban Qurbanov etiraz etdi, AFFA-dan AÇIQLAMA VERİLDİ

27 Yanvar 13:00 Qalmaqal 1 323
Qurban Qurbanov etiraz etdi, AFFA-dan AÇIQLAMA VERİLDİ

Premyer Liqanın XX turunda keçirilən “Qarabağ” - “Turan Tovuz” (1:2) oyununda yaşanan mübahisəli məqama aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra keçirilmiş mətbuat konfransında hakimlərlə bağlı etiraz etdiyi epizodlardan danışıb:

"Turan Tovuz"un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır.

Top "Turan Tovuz"un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur.

VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır".

Matçdan sonra mətbuat konfransı zamanı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hakimin bu qərarına etiraz etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu