Hamı bu biabırçılıqdan danışır, o isə iddia edir ki… VİDEO

5 May 2023 01:20 Qalmaqal 721
Hamı bu biabırçılıqdan danışır, o isə iddia edir ki… VİDEO

Sportinfo.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Azərbaycan Premyer Liqasının 32-ci turunda baş tutmuş “Zirə” - “Turan Tovuz” (1:3) oyunundakı mübahisəli hakim qərarlarını şərh edib.

Türkiyəli mütəxəssis “CBC Sport”da yayımlanan verilişdə bildirib ki, meydan sahiblərinin futbolçusu Vladislav Kulaçın yerdə qaldığı ilk epizodda penalti olmayıb və VAR-ın müdaxiləsindən sonra ədalət təmin edilib.

O, paytaxt klubunun digər oyunçusu Eldar Quliyevin rəqib cərimə meydançasında yerdə qalması və penalti verilməsi ilə bağlı bunları deyib:

“Epizod penalti deyil. Buna VAR-ın qarışmamasını üstün tutardım. Amma dünyanın ən böyük səhvi də deyil”.

B.Şimşek Kulaçın topu rəqib qapısından keçirdiyi epizodda ofsayd xəttinin əyri çəkilməsi ilə bağlı iddiaları cavablandırıb:

“Çılpaq gözlə ofsayd olmadığını görürəm. Lakin xətt çəkilib qərar verilir. Texnologiya ofsayd göstərib. Burada bizi yanıldan cərimə meydançasının xəttidir.

Onunla VAR-ın çəkdiyi xətt paralel görünmür. Ancaq burada kameranın mövqeyi əhəmiyyətlidir. 99,99 faiz heç bir problem yoxdur, xətt əyri çəkilməyib. Olsa belə, hakimin problemi deyil. Bunu sistem müəyyənləşdirir”.

Komitə sədri “Turan Tovuz”un futbolçusu Runi Evanın rəqib cərimə meydançasında yerdə qaldığı epizodda penalti təyin edilməli olduğunu bildirib. Onun sözlərinə görə ,VAR müdaxilə etməli idi. Çünki açıq-aşkar təmas görünür.

Digər Xəbərlər
Xəbər Lenti